12 dekabr- Ümummilli lider Heydər Əliyevin anım günü

Xalqımız 12 dekabrı Ulu öndər Heydər Əliyevin anım günü kimi böyük el məhəbbəti, minnətdarlıq hissi ilə qeyd edir. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmişdir.
Məktəbimizdə də Ümummilli lider Heydər Əliyevin Anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilir. 9c, 3b və 3e sinif şagirdləri sinif rəhbərləri ilə birlikdə Ulu öndərin məzarını ziyarət etdilər. Məzarı üzərinə əklillər qoyub, şeirlər söylədilər.