1 dekabr- Ümumdünya QİÇS-lə mübarizə günü

Hər il dekabrın 1-i dünyada QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Günü kimi qeyd edilir. İİV virusunun artım sürəti təqvimdə onunla əlaqədar beynəlxalq günün ayrılmasına səbəb olub.

Son illər dünya səviyyəsində aparılan təbliğat kompaniyaları nəticəsində virusun əvvəlki sürətlə yayılmasının qarşısı alınmışdır. Yeni növ dərman preparatlarının kütləvi istifadəyə verilməsi də virusun proflaktikasında yeni ümidlər yaratmaqdadır. Bütün bunlara baxmayaraq QİÇS hər il 2 milyondan çox insanın ölümündə əsas səbəb kimi olmaqda qalır və bu insanlardan 270 mindən çoxu uşaqlardır.

UBTR Şəfiqə Hüseynova, Psixoloq Həsənova Ulduz və Biologiya müəllimi Süleymanova Aynur şagirdlərə "1 dekabr-Ümumdünya QİÇS-lə mübarizə günü" barədə maarifləndirici söhbətlər aparıb. Məqsəd şagirdləri QİÇS, eləcə də narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, təhsilə, elmə, idmana olan marağını artırmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi