Zərərli vərdişlərə yox deyək

"Zərərli vərdişlərə birlikdə yox deyək!" layihəsinin keçirilməsi ilə bağlı tədbirlər planının icrası istiqamətində məktəbin psixoloqu Həsənova Ulduz və UBRT Hüseynova Şəfiqə tərəfindən yuxarı sinif şagirdləri ilə görüş keçirilmişdir.
Şagirdlərə siqaretin, alkoqolun və cəmiyyətdə “ağ ölüm” kimi tanınan sərhəd tanımayan və bu gün beynəlxalq problemə çevrilən narkomaniyanın törətdiyi xoşagəlməz fəsadlar haqqında danışılıb, həmçinin onlara sağlam həyat uğrunda mübarizə aparmaq tövsiyə edilib.