Şəhid məzunlarımızın anım günü

Məktəbimizin məzunları olan şəhidlər Abdurrəhmanlı Sübhan və Rüstəmov Rövşənin şəhadətə yüksəlməsindən iki il keçir. Şəhidlərimizin xatirəsinə ucaldılmış abidə qarşısında Anım tədbiri keçirildi. Tədbirdə şəhidlərin yaxınları da çıxış edərək qəhrəman məzunlarımızın döyüş yolundan bəhs etdilər.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli sərəncamına əsasın Sübhan Abdurrəhmanlı ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunması uğrunda" medalı ilə Rüstəmov Rövşən isə ölümündən sonra "Laçının azad olunması uğrunda" medalı ilə təltif olunub.
Allah şəhidlərimizə rəhmət eləsin!