Müstəqilliyimiz əbədidir
15 oktyabr 2016 -cı il tarixdə saat 12-da məktəbdə "Müstəqilliyimiz əbədidir" adlı tədbir kecirildi. Tədbir dövlət müstəqilliyimizin 25-ci ildönümünə həsr edildi.Tədbiri giriş sözü ilə açan məktəbin direktor əvəzi A.K.Gəncəliyeva ulu öndər Heydər Əliyevin müstəqilliyimizin qazanılmasında göstərdiyi misilsiz xidmətdən danışdı.Ulu öndər Heydər Əliyev, prezidentimiz İlham Əliyev daxildən və xaricdən qaynaqlanan bir çox irticanın qarşısını alaraq, bir çox çətinliklərə sinə gərərək Azərbaycan dövlətinə əbədi müstəqillik - əbədi bahar bəxş etdilər.Ulu öndərimizin, prezident İlham Əliyevin yeritdiyi düzgün siyasət xalqımızı xalqlar içində, dövlətimizi dövlətlər içində tanıtdı.Hər birimiz müstəqil dövlətimizin bir fərdi, bir vətəndaşı olaraq öz öhdəmizə düşən vəzifəni vicdanla yerinə yetirməliyik ki, ulu öndərimizin müdrik kəlamını halallıqla təkrar edək:" Mən fəxr edirəm ki, azərbaycanlıyam. Mən fəxr edirəm ki, Azərbaycan vətəndaşıyam"Sonra tədbir şagirdlərin vətənpərvərlik mövzusunda söylədikləri şeir və mahnılarla davam etdi.