İnformatika fənnindən açıq dərs keçirildi.

     İnformatika və riyaziyyat aylığı çərçivəsində məktəbin 5A sinfində informatika müəllimi Hüseynova İlahə açıq dərs keçirdi. Açıq dərsdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor muavinləri -  Ağalarova Validə, Sadıxbəyli Leyla və Zülfüqarova Məftunə, riyaziyyat müəllimləri - Ağcayeva Sürəyya və Yusifova Sahirə, informatika müəllimi Əfəndiyeva Elza iştirak etdi. Açıq dərsdə mövzusu "Kompüter necə işləyir?" idi. Olduqca maraqlı, rəngarəng keçən dərs fəal təlim üsülları ilə qurulmuşdu. Şagirdlər dərsdə aktiv iştirak etdilər. Kompüterin hissələrini daha yaxşı mənimsəmək üçün "Kompüterin hansı hissələri daha vacibdir" adlı kiçik səhnəcik nümayiş etdirdilər. Maraqlı dərs üçün Hüseynova İlahə müəllimə təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi