Məktəbin şəhid məzunlarının xatirəsinə ucaldılmış abidənin açılış mərasimi

7 Oktyabr tarixində 165 nömrəli tam orta məktəbdə məktəbin şəhid məzunlarının xatirəsinə ucaldılmış abidənin açılış mərasimi təşkil olundu. Xətai rayonu İcra Hakimiyyətinin dəstəyi ilə ucaldılan abidənin açılışında Xətai RİH başçısı Rafiq Quliyev, Xətai YAP-ın sədri Vüqar Rəhimzadə, şəhid məzunların ailə üzvləri, döyüş yoldaşları, rayon ictimaiyyətinin nümayəndələri, məktəbin müəllim və şagirdləri iştirak etmişdilər. Xatirə abidəsi ilə yanaşı şəhidlərimizin adına 5 ədəd Xan Çinarı ağacı əkilmişdir.

Şəhid Fərrux Abbasov - 15.05.1992

Şəhid mayor Təbriz Musazadə - 01.04.2016

Şəhid gizir Sübhan Abdurrəhmanlı - 07.10.2020

Şəhid Rövşən Rüstəmov - 07.10.2020

Şəhid Əbülhəsən Eyvazov - 30.10.2020

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi