"Məktəbdə birinci sinif şagirdlərinin adaptasiyası" mövzusunda seminar.

24 sentyabr tarixində məktəbin psixoloqu Həsənova Ulduz birinci sinif şagirdlərinin valideynləri ilə "Məktəbdə birinci sinif şagirdlərinin adaptasiyası" mövzusunda seminar təşkil etmişdir. Həmin seminarda şagirdlərin məktəbə uyğunlaşması, sosiallaşması barədə söhbətlər aparmışdır. Valideynlərə sinif müəllimləri ilə əməkdaşlıq edərək övladlarının məktəbə psixoloji hazırlığını təmin etmələri barədə tövsiyyələr vermişdir.
Seminarda məktəbin direktoru Vüqar Məmmədov və direktor müavinləri də iştirak edərək öz tövsiyyələrini valideynlərə bildirmişdir.