Dünya mənim, dünya sənin, dünya heç kimin
03.06.2016 tarixdə məktəbin illik iş planına uyğun olaraq poeziya gecəsi keçrildi, Poeziya gecəsi 20-ci əsr Azərbaycan poeziyasının görkəmli nümayindəsi, vətəndaş-şair Məmməd Arazın yaradaçılığına həsr edilmişdi. Gecəni məktəbin təcürbəli Azərbaycan dili və ədəbiyyat müəllimi Mirzəyeva Polmira hazırlanmışdı. Gecə Azərbayan himini ilə başladı. Sonra aparıcılar 9-cu sinif şagirdi Rüstəmli Pəri, 10-cu sinif şagirdi Binnətova Fəridə gecəni böyük şairin "Azərbaycan, mayası nur qayəsı nur ki, Hər daşından alov dilli ox ola bilər Azərbaycan deylində ayağa dur ki, Ana yurdun ürəyinə toxuna bilər", misraları ilə başladılar . Sonra M.Arazın həyat və yaradıclığı haqqında ətraflı məlumat verildi. M.Arazın saf,təmiz, vətəndaş yanğlı şeirləri məktəbin müxtəlif siniflərindən olan şagirdlərin ifasında səsləndirildi. Gecənin sonunda M.Araz poeziyasının işığına yığılmış iştirakçılar böyük şairin ruhunu hörmətlə yad etdilər.