Mənəvi üstünlük daima bizimlə olub

Qarabağ savaşında mənəvi amil Azərbaycanın qələbə qazanmasında həlledici rol oynamışdır. Təkcə son otuz ilə nəzər yetirsək Azərbaycanın haqq uğrunda daima mübarizə apardığının bir daha şahidi olarıq.
Müharibənin ilk illərində hərc mərcliyin çox olması torpaqlarımızın itirilməsi, milyonlarla insanların öz torpaqlarından qovulması hər birimizə mənəvi ruh düşkünlüyü yaratmışdır. Lakin aparılan məqsədyünlü siyasət Azərbaycanın qısa zamanda dinamik inkişafına vəsilə oldu. Xüsusilə XXI əsrin əvvəllərində mənəvi amil Azərbaycanın lehinə işləməyə başladı. Bu özünü istər ordu quruculuğunda, istər ordu üçün kadrların hazırlanmasında, istər iqtisadi inkişafda, istərsə də gənc nəslin milli ruhda yetişməsində özünü əsaslı surətdə göstərməyə başladı. İqtisasiyyatın təhsilə, qeyri neft sektoruna, insan resurslarına yönəldilməsi Qələbənin uzaqda olmadığının göstəricisi idi.
Bütün bunlar 2016-cı ildə Aprel döyüşlərində Qələbə gedən çətin yolun başlanğıcı oldu. Artıq təkcə döyüş meydanında deyil, o cümlədən dünya siyasi arenasında da Azərbaycan bir bir uğurları sıralayırdı. İnsanlarımızı bütövlükdə hamını bir amal düşündürürdü: Qələbə.
Nəhayət gözlənilən an yetişdi. 2020-ci il hər birimiz üçün ağır pandemik şəraitdə başlasa da, sonda Böyük Qələbə ilə başa çatdı. İllərlə həsrətində olduğumuz Qarabağ torpaqlarına Azərbaycan əsgəri öz mübarək qədəmini qoydu. Beləliklə haqq ədalət öz yerini tuta bildi. Haqq savaşında, haqq yolunda ruhdan düşməyən Azərbaycan öz Qələbəsini əbədiləşdirdi.
Hörmətlə Vüqar Məmmədov - Xətai rayonu 165 № li tam orta məktəbin direktoru.