Azərbaycanda vətənpərvər gənc nəsil yetişib.

             2020-ci il Azərbaycan dövləti üçün çox ağır sınaqlarla dolu olan bir il kimi yadda qaldı. İlin əvvəlində başlayan pandemiya təhsilimiz üçün böyük bir başlanğıca vəsilə oldu. Ənənəvi tədris üsullarından uzaq qalmağımıza baxmayaraq qısa müddətdə qəbul edilən çevik qərarlar vəziyyəti nisbətən stabilləşdirdi.

             İllər boyu məktəblərdə vətənpərvər gənc nəslin yetişməsi üçün uğurlu fəaliyyəti ilə yadda qalan məhz Azərbaycan müəllimi oldu. Bu fəaliyyət distant təhsildə də özünü nümunəvi şəkildə göstərdi. Beləki müəllimlərimiz distant təhsilin üstünlüklərindən istifadə edərək vətənpərvər mövzuları daima diqqətdə saxlamışdırlar.

             Təsadüfi deyilki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin söylədiyi fikir özünü tam doğruldur: “döyüşlərdə iştirak edənlərin mütləq əksəriyyəti məhz 2003-cü ildə uşaq olan insanlardı”. Məhz bu illərdən sonra təhsil almış uşaqlar Qarabağ müharibəsinin zəfərlə bitməsinə vəsilə olmuşdur. Biz artıq qalib ölkənin vətəndaşlarıyıq, indi bizim daha böyük hədəflərimiz var. Bu zəfəri qorumaq, bir daha erməni faşizmi ilə üzləşməmək üçün şagirdlərimizə qələbə ruhunu ötürməyi bacarmalıyıq.

            Hər bir müəllim ixtisasından asılı olmayaraq təhsilə öz töhvəsini verməyi əsas məqsəd kimi müəyyənləşdirməlidir. Bu həm bilik həm də bacarıqlarda özünü biruzə verməlidir. Yetişən gələcək nəslin nümayəndələri artıq parta arxasından Azərbaycanı təkcə sözdə deyil həm də əməldə qorumalıdır. Azərbaycanın parlaq gələcəyi məhz bu gənclərin əsl vətəndaş kimi yetişməsindən asılıdır. Biz əminik ki, Azərbaycan müəllimi öz üzərinə düşən şərəfli missiyanı layiqincə yerinə yetirəcəkdir. Vətən müharibəsinin qalib əsgəri həm də Azərbaycan müəllimidir.

Hörmətlə Vüqar Məmmədov - Xətai rayonu 165 № li tam orta məktəbin direktoru.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi