Milli Fəaliyyət Planının icrası çərçivəsində tədbir keçirilib

Məktəbdə "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın icrası çərçivəsində tədbir keçirilib. Tədbirdə məktəbin direktoru Kəmalə Qədirova geniş çıxış edərək korrupsiyaya qarşı mübarizənin əhəmiyyətindən, bu istiqamətdə görülən işlərdən və şagirdlərin maarifləndirilməsinin vacibliyindən danışıb. O, həmçinin vurğulayıb ki, korrupsiya ilə mübarizə hər bir vətəndaşın borcudur və bu istiqamətdə təhsilin rolu böyükdür.