"ZƏLZƏLƏ ZAMANI NƏ ETMƏLİ?" BAŞLIĞI ALTINDA TƏŞKİLAT SAATI KEÇİRİLİB.

Məktəbin fiziki tərbiyə müəllimi İrina Həsənova 7 "Ç" sinfində "Zəlzələ zamanı nə etməli?" başlığı altında təşkilat saatı keçirib. İlk öncə müəllim zəlzələnin qardaş ölkə Türkiyədə törətdiyi fəlakətlərdən danışıb və zəlzələdən qorunma qaydalarından danışaraq zəlzələ zamanı nə etmək lazımdır? sualı ətrafında şagirdlərlə müzakirə aparıb. Şagirdlər mövzu ilə bağlı hazırladıqları maraqlı təqdimatları nümayiş etdiriblər.