Şagirdlərimizin cüdo yarışlarında uğurları

Məktəbimizin uğurları təkcə elm və ya incəsənət sahəsi ilə bitmir. İdman sahəsində də böyük uğurlarımız vardır. Belə ki, dəfələrlə şagirdlərimiz Respublika və dünya çempionatlarında uğurla iştirak ediblər. Məktəbimizin 7"Ç"sinif şagirdi Zeyd Əsədullayev və 6"Ç" sinif şagirdi Suad Əsədullayev Türkiyənin İstanbul şəhərində cüdo üzrə beynəlxalq yarışlarda iştirak ediblər. Yarışda Zeyd 1-ci yeri tutaraq qızıl medal, Suad isə gümüş medal qazanıb. Prezident İlham Əliyevin dediyi kimi: “Hər bir idman qələbəsi, xüsusilə, mötəbər beynəlxalq yarışlarda qazanılmış qələbə ölkəmizdə milli qüruru, milli ruhu yüksəldir. Ona görə idmanın hər bir ölkənin həyatında çox önəmli rolu var”. Şagirdlərimizi təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.