Beynəlxalq rəqs festivalının qalibi3 "B" sinif şagirdi Nigar Cabbarlını 162 nömrəli məktəbin kollektivi dərs əlaçısı kimi tanıyır. Bu dəfə isə sizə Nigarın yaz tətili günlərində qazandığı daha bir uğuru haqda məlumat vermək istəyirik. İstedadlı şagirdimiz martın 26-da baharın gəlişi münasibəti ilə Bakı şəhərində uşaq və gənclər arasında keçirilən folklorun təbliğinə həsr olunmuş beynəlxalq rəqs festivalında iştirak etmişdir. Gürcüstan, İran, Rusiya, Türkiyə və s. ölkələrin rəqs kollektivlərinin iştirak etdiyi yarışmada Nigar 4-cü yerin qalibi olmuşdur. Öz qələbə sevincini sinif yoldaşları ilə bölüşən Nigar onlara yarışlara qatılaraq qələbə qazanmağın hər kəsin öz əlində olduğunu söyləyir. Nigar inanır ki, həvəslə görülən hər bir işin sonda mütləq qalibiyyətlə nəticələnir.
Rəfaelin növbəti uğuruMəktəbin 8 "C" sinif şagirdi olimpiada qalibi Rəfael İsgəndərovun hərtərəfli istedad sahibi olması haqqında artıq dəfələrlə söhbət açılmışdır. Yaz tətili günlərində yaranmış asudə vaxtdan səmərəli istifadə edən Rəfael bu dəfə Azərbaycan Respublikası "Qızıl Əlcəjk" idman klubu tərəfindən Novruz bayramı münasibəti ilə kikboks üzrə kadet, yeniyetmə və gənclər arasında keçirilən açıq birincilikdə 46 kq çəki dərəcəsində I yeri tutaraq parlaq qələbə qazanmışdır. Qarşıda Rəfaeli daha bir sınaq gözləyir. Beləki, istedadlı şagirdimiz bir neçə gündən sonra Resbublika fənn olimpiadasında 9-cu siniflər arasında məktəbimizi informatika fənni üzrə təmsil edəcəkdir.
Rafaelin uğurları davam edirİstedadlı şagirdimiz, IV Respublika Fənn Müsabiqələrində informatika fənnindən III yerin qalibi 8 C sinif şagirdi İsgəndərov Rafael Rəşan oğlu dərsdənkənar vaxtlarında həm də idmanla məşğul olur."Şindi" kikboksinq idman klubunun üzvü olan Rafael klubun təşkil etdiyi Açıq Birincilkdə 48 kq çəkidərəcəsində 2005-2006 yaş qrupunda I yerə layiq görüldüyü üçün təltif olunmuşdur.