"Azad köhlən" ürəkləri fəth etdi11 R sinif şagirdi dünyaya rənglərin gözü ilə baxan istedadlı gənc rəssam Aida Çələbilini məktəbdə hamı yaxşı tanıyır! Onun hər rəsminin dünyaya deyəcək bir sözü var: birində barışı, sülhü anladır, birində müharibələrin bəşəriyyətə vurduğu yaraları, birində uşaqların şıltaqlığını vəs... Amma heç bir əsərində mənfi enerji yoxdur, qarşısındakına bədbinlik aşılamır. Bu dəfə isə xalqımızın bayraq sevgisini rənglərin köməyi ilə verməyə çalışıb...
Aida Çələbili Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə "Dövlət Bayrağı Günü" münasibətilə həyata keçirilən Bakı şəhəri orta ümumtəhsil məktəblərinin şagirdləri arasında "Mənim bayrağım" mövzusunda keçirilən rəsm müsbiqəsində yağlı boya ilə işlədiyi "Azad köhlən" rəsm əsəri ilə çıxış edərək, fərqləndiyinə görə təltif olunmuşdur.
Sərxanın növbəti uğuruMəktəbin rus bölməsinin 7 R sinif şagirdi Sərxan İsmayılov növbəti uğura imza atmışdır. Bacarıqlı şagirdimiz Azərbaycan Kikboksinq Federasiyası Şamaxıkikboksinq klubunun 2 illiyinə həsr olunmuş açıq birinciliyində 48 kq çəki dərəcəsində 13-14 yaş qrupunda nümunəvi oyun nümayiş etdirərək, Şamaxı rayon Gənclər və İdman İdarəsi tərəfindən 2-ci yerə layiq görülmüşdür. Sərxan öz idman kareyerasını gələcəkdə də davam etdirərək, peşəkar idman ustası kimi fəaliyyət göstərməyi qarşısına məqsəd qoymuşdur.
Həm idmançı, həm əlaçıMəktəbin rus bölməsinin 5 R sinif şagirdi Həsənli Əziz dərs əlaçısı olmaqla yanaşı, eyni zamanda həm də dərsdənkənar vaxtlarda idmanın kikboksinq növü ilə də məşğul olur. Əziz bu yaxınlarda öz növbəti uğuruna imza atmışdır. Belə ki, bacarıqlı şagirdimiz Azərbaycan Respublikası Kikboksinq Federasiyası Səbail İdman klubunun təşkilatşılığı ilə keçirilən idman klubları arasında "Kikboksinq" idman növü üarə keçirilən yoldaşlıq görüşündə 45 kq çəki dərəcəsində 1-ci yerə layiq görülmüşdür. Əzizı məktəb kollektivi adından qazandığı uğura görə təbrik edir və öz idman kareyerasını gələcəkdə də davam etdirərək, peşəkar idman ustası kimi fəaliyyət göstərməsini arzulayırıq.