Yeni uğur, yeni qələbə!Sinif yoldaşlarının sevimlisi Ömərov Sahil, Azərbaycan Respublikası Shitoryu Karate Do Federasiyasının təşkil etdiyi dərəcə "kəmər" imtahanında bacarıq göstərərək 7-ci kyu narıncı kəmər dərəcəsinə laiq görülmüşdür. Fevral ayınin 6,7- si İranda 60 kq çəki üzrə keçirilən idman yarışında I yeri qazanmışdır.
Yusifin uğuru162 nömrəli məktəbin 3 "Ç" sinif şagirdi Əliquliyev Yusif 31 Mart - azərbaycanlıların soyqırımı gününə həsr olunmuş kikboksinq üzrə klublararası yarışda 2010-2011-ci il təvəllüdlü idmançılar içərisində nümunəvi oyun nümayiş etdirərək, 1- ci yerin qalibi olmuşdur.
Esse yarışmasının qalibi162 nömrəli məktəbin rus bölməsinin 5 "R" sinif şagirdi Rəvan Məhərrəmli İnternational Academy of Literature and Journalism tərəfindən keçirilmiş beynəlxalq yarışmada Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında yazdığı esseyə görə I dərəcəli diploma layiq görülmüşdür. Rəvan eyni zamanda "Gənc mühəndis" layihəsinin də iştirakçısıdır. İstedadlı şagirdimizin "Kosmik cihazlar" mövzusunda hazırladığı maket hal-hazırda sərgidə nümayiş olunmaqdadır.