Təyyarə qəzasında həlak olanların ruhu bir dəqiqəlik sükutla yad olundu.
2024-cü il dekabrın 25-də Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı olmuşdur.
Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qəza nəticəsində həlak olanların xatirəsinə 2024-cü il dekabrın 26-da Azərbaycan Respublikasının ərazisində matəm elan edilməsi ilə bağlı 25 dekabr 2024-ci tarixində Sərəncam imzalayıb.
Təyyarə qəzasında həlak olanların əziz xatirəsinə bu gün saat 12:00-da bütün məktəb üzrə bir dəqiqəlik sükut elan olunmuşdur.
25 dekabr 2024-cü il tarixdə Bakı-Qroznı reysi istiqamətində uçuş həyata keçirilən "Embraer 190" tipli sərnişin təyyarələrində həyatlarını itirənlərə Allahdan rəhmət, yaralananlara şəfa diləyirik.