İdmançı şagirdimizin növbəti uğuru

29-31 martda Azərbaycan Cüdo Federasiyası (ACF) və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 15 yaşa qədər kiçik yaşlı yeniyetmələr arasında cüdo üzrə Bakı şəhər birinciliyi keçirilib.

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan yarışda 20kq çəki dərəcəsində qaliblər bəlli olub. Üç gün davam edən yarışda Bakının 70 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 841 cüdoçu arasında medalçılar müəyyənləşib.

Yarışın sonuncu günündə qızlar -36 kq., -48 kq., -63 kq. və +63 kq. çəki dərəcələrində, oğlanlar isə -42 kq., -55 kq., -73 kq. və +73 kq. çəki dərəcələrində medallar uğrunda mübarizə aparılıb.

Məktəbin VIII B sinif şagirdi Əlizadə Nəimə Əzizbala qızı yekun nəticəyə görə II yerə layiq görülüb, diplom və medalla təltif olunub. Şagirdimizi təbrik edir, gələcək yarışlarda uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi