Açıq dərs keçirildi
5a sinfində Humay Vəliyeva Arxaik sözlər mövzusunda açıq dərs keçirdi.
Açıq dərsdə direktor müavinləri Rəfiqə Hacıyeva, Məhluqə Bayramova və dil ədəbiyyat müəllimi Şəhla Bağırova iştirak edirdilər.
Dərsdə köhnəlmiş sözlərin ədəbi dilimizdən çıxma səbəbi və ya əvəzlənməsindən, eyni zamanda köhnəlmiş sözləri öyrənməyin əhəmiyyətindən söhbət getdi. Həmçinin şifahi xalq ədəbiyyatında , türk dünyasının ədəbi abidəsi olan " Kitabi- Dədə Qorqud " dastanında köhnəlmiş sözlərin işlənməsi məsələsinə də toxunuldu. 2019- cu ilin Nəsimi ili olması ilə əlaqədar olaraq Nəsimi filmindən parça nümayiş edildi. Nəsimi şeirlərindəki köhnəlmiş sözləri tapmaq tapşırığını şagirdlər qruplarla həll etdilər.
Xüsusi olaraq vuģulandi ki, arxaik sözlər dil tariximizi öyrənmək baxımından əhəmiyyətludir. Azərbaycan dili də digər türk dilləri ilə birgə ortaq tarixə , inkişafa və zənginliyə malikdir