IX siniflər üzrə monitorinq keçirildi
Məktəbin Fəaliyyət Planına əsasən IX siniflərdə direktor müavini Vəfa Məmmədova və nəzarətçi valideynlərin iştirakı ilə buraxılış imtahan fənləri üzrə monitorinq keçirdi.
Məktəbdə təhsil alan IX sinif şagirdlərinin Azərbaycan dili, riyaziyyat və ingilis dili fənlərindən biliyi yoxlanılıb.
Əsas məqsəd buraxılış imtahanlarına hazırlaşan məktəblilərin zəif cəhətlərini müəyyən etmək və bu zəifliklərin aradan qaldırılması istiqamətində lazımi tədbirlər görməkdir.