Əsərlərin oxusu və müzakirəsi

“Dəyirmi masa” ətrafında Azərbaycanın məşhur şəxsiyyətlərinə, xalqımızın qəhrəmanlıq tarixinə həsr olunmuş bədii əsərlərin oxusu və müzakirəsini Azərbaycan dili və ədəbiyyat müəllimi Tağıyeva Çinarə tərəfindən keçirildi.
“Dəyirmi masa”da direktor müavini Rəfiqə Hacıyeva və dil ədəbiyyat müəllimləri iştirak edirdilər.
Azərbaycan və dünya ədəbiyyatında tarixi şəxsiyyətlərə həsr edilmiş əsərlər haqqında şagirdlər tərəfindən məlumat verildi, əsərlərdəki qəhrəmanlar, tarixi keçmişimizlə bağlı Azərbaycanın igid oğullarının göstərmiş olduğu şücaətlər müzakirə edildi, bu cür əsərlərin yazılmasının səbəbi kimi məsələlərə toxunuldu.