Açıq dərs keçirildi

8b sinfində dil ədəbiyyat müəllimi Çinarə Tağıyeva “Cümlə üzvləri” mövzusunda açıq dərs keçirdi.
Açıq dərsdə məktəbin direktoru Ruhiyyə İbrahimova və direktor müavinləri iştirak edirdilər.
Zivər bəy Əhmədbəyov mətnindən olan hissədəki sözləri əlaqələndirib cümlə qurdular. Sonra əvvəlki dərslərdə keçdikləri söz birləşmələri və sintaktik əlaqələrlə bağlı məlumatlar xatırlandı, uşaqların fikirləri dinlənildi. Sonra cümlə və cümlə üzvləri haqqında müzakirə nəticəsində məlumat əldə edildi. Uşaqlara qrup işləri paylanıldı. Qruplar işi bitirdikdən sonra sinfə təqdim etdilər. Sonda Yaradıcı tətbiqetmə keçirildi, sinfin fəallığı daha da artdı. Uşaqlar tədqiqat əsasında mənimsədikləri bilikləri yaradıcı tətbiqetmə ilə möhkəmlətdilər.