“Bullinq və onun qarşısının alınması”

VIII siniflərin valideynləri ilə “Bullinq və onun qarşısının alınması” istiqaməti üzrə maarifləndirici iclas həyata keçirildi.
Məktəbin direktoru Ruhiyyə İbrahimova, direktor müavinləri və sinif rəhbərinin təşkilatçılığı ilə keçirilmiş iclasda bullinq haqqında valideynlər üçün hazırlanmış məlumatlar verildi, slayd nümayiş olundu.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilmiş “Mənimlə danış” kompaniyasının videoçarxı göstərildi.
Sonda valideynlərlə bullinqin öhdəsindən necə gələ bilməyin yolları müzakirə olundu.