"Psixi sağlamlığın qorunması" adlı seminar
Psixoloq Şəbnəm Əsgərova gənclərin psixi sağlamlıqla bağlı biliklərinin artırılması məqsədilə IX sinif şagirdləri arasında "Psixi sağlamlığın qorunması" adlı seminar keçirdi.
Seminarda məktəbin direktoru Ruhiyyə İbrahimova və direktor müavini Rəfiqə Hacıyeva iştirak edirdilər.
"Psixi sağlamlığın qorunması" adlı seminarın mövzusunu psixogigiyenaya təsir edən amillər, psixi sağlamlığın qorunması bu yolda görülən psixoprofilaktik tədbirlər təşkil edirdi.