"Robotiks" təlimlərinə 67 nömrəli tam orta məktəbdə start verildi

Sabunçu rayonu C.Məmmədyarov adına 155 nömrəli tam orta məktəbin “Sabahın bünövrəsini birlikdə quraq” layihəsi çərçivəsində şagirdlər üçün təşkil olunmuş "Robotiks" təlimlərinə 21.11.2019-cu il tarixində 67 nömrəli tam orta məktəbdə start verildi. Şagirdlər verilmiş detallar, motorlar, mikrokontrollerlər və sensorlardan istifadə edərək robotlar qurur və proqramlaşdırırlar. Bu robotlar vasitəsilə şagirdlər qlobal problemlərin həll yollarını tapacaqlar.