Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri

Azərbaycan Respublikasının Prezidentinin 7 fevral 2019-cu il tarixli 935 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün tədbirlər planı" nın 2.2.1-ci və 2.2.3-cü yarımbəndlərinin icrasına dair Təhsil Nazirliyinin Tədbirlər Planına əsasən Bakı şəhəri Sabunçu rayonu 155 saylı tam orta məktəbində Ümumitəhsil müəssisələrində ictimai məlumatlılığın artırılması istiqamətində dəyirmi masa keçirildi.
Dəyirmi masada məktəbin direktoru Ruhiyyə İbrahimova, təlim tərbiyyə işləri üzrə direktor müavini Rəfiqə Hacıyeva, coğrafiya müəllimi Afiq İsmayılov və digər fənn müəllimləri mövzu ilə əlaqəli fikirlərini şagirdlərlə bölüşdülər.