IX siniflərdə riyaziyyat və ingilis dili fənləri üzrə monitorinq keçirildi
Direktor müavini Vəfa Məmmədovanın təşkilatçılığı ilə IX siniflərdə riyaziyyat və ingilis dili fənləri üzrə monitorinq keçirildi.
Keçirilən monitorinqin əsas məqsədi şagirdlərin təlim nəticələrini təhlil etmək, bu istiqamətdə müvafiq tədbirlər görmək, buraxılış fənləri üzrə keyfiyyəti artırmaq, məktəb özünüqiymətləndirməsini formalaşdırmaq və onun tətbiqi üçün zəmin yaratmaqdan ibarətdir.