“Mandala metodikası ilə stressin aradan qaldırılması" seminarı keçirildi

28 oktyabrda TİPİİ-də məktəb psixoloqları üçün “Mandala metodikası ilə şagirdlərdə stressin aradan qaldırılması” mövzusunda seminar keçirilmişdir.

Seminarda məktəbin psixoloqu Şəbnəm Əsgərova iştirak edirdi. 2 hissədən ibarət seminarda əvvəlcə Mandala metodikasının psixologiyaya gəlişi tarixindən, onun psixoloji və fəlsəfi izahından bəhs edilmişdir. Seminar əsnasında moderatorun yönəldici sualları ilə iştirakçılar beyinin sağ və sol yarımkürələrinin fəaliyyətində bu metodun rolu, onun şagirdlər üzərində tətbiqi üsulları barədə müzakirələr aparıblar. Müzakirənin sonunda gəlinən yekdil nəticələrdən biri bu cür oldu: Bu metodikanın əsas prinsiplərindən biri də şagirdin yaş səviyyəsinə uyğun mürəkkəblikdə verilməsidir.  

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi