“Sabahın bünövrəsini birlikdə quraq” layihəsi çərçivəsində müəllimlər üçün təşkil olunmuş "Robotiks" təlimləri sona çatdı
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsinin qalibi Sabunçu rayonu C.Məmmədyarov adına 155 nömrəli tam orta məktəbin “Sabahın bünövrəsini birlikdə quraq” layihəsi çərçivəsində müəllimlər üçün təşkil olunmuş "Robotiks" təlimləri sona çatdı. Təlimdə Sabunçu qəsəbəsində yerləşən 155, 215, 67, 68, 170 nömrəli məktəblərdən seçilmiş ibtidai sinif müəllimləri iştirak edirdi. Təlimin sonuncu günü müəllimlərin yaradıcı işi, qurub yaratmaq həvəsi, təşkil olunmuş təlimə və öyrəndikləri yeniliklərə görə təşəkkürü yaddaşımıza unudulmaz bir an kimi həkk olundu.