"Narkomaniya bəşəriyyətin faciəsidir" mövzusunda maarifləndirici tədbir keçirildi
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə məktəbin yuxarı sinif şagirdləri arasında antinarkotik təbliğatının gücləndirilməsi məqsədilə "Narkomaniya bəşəriyyətin faciəsidir" mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbirdə məktəbin direktoru Ruhiyyə İbrahimova, həkim Məryəm Həsənova, rayon Polis İdarəsinin YYÇPİTB-nin rəisi, polis mayoru Əli Babayev, həmin bölmənin inspektoru, kapitanı Mahir Ağayev, 12-ci polis şöbəsinin rəisi, polis mayoru Yunis Ələsgərov və YYÇ-ın işləri üzrə inspektoru, polis kapitanı İbrahim Məmmədov iştirak etmişdilər.
Qonaqlar çıxış edərək respublikada narkomanlığın yayılması ilə mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün antinarkotik təbliğatın, maarifləndirici tədbirlərin əhəmiyyəti, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması tədbirlərinin səmərəliliyi haqqında danışdılar, gənc nəslin sağlamlığının qorunması istiqamətində fikir və təkliflər irəli sürdülər, müəllimlərə və valideynlərə müəyyən tövsiyələr verdilər.
Sonda qonaqlar mövzu ətrafında şagirdləri maraqlandıran sualları cavablandırdılar.