MÜSTƏQİLLİYİMİZ ƏBƏDİDİR
Azərbaycanın dövlət müstəqilliyinin bərpasına həsr olunan tədbir keçirildi.
Tədbirdə məktəbin direktoru Ruhiyyə İbrahimova, direktor müavini Rəfiqə Hacıyeva, dil ədəbiyyat müəllimi Ağazadə Əzizov, kitabxanaçılar Kifayət Cəfərova, Kifayət Həsənova, tarix müəllimi Aynurə Musayeva və 7b, 7c sinfinin şagirdləri iştirak edirdilər.
Dövrün tarixi-siyasi şəraitinə nəzər salaraq, xalqımızın milli istiqlal uğrunda apardığı mübarizələrdən danışdı və XX yüzilliyin xalqımızın yaddaşında dövlətçilik, müstəqillik, ərazi bütövlüyü uğrunda mübarizə əsri kimi qaldığını bildirdi. “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edildiyi 1991-ci ilin 18 oktyabr günü xalqımızın tarixinə şərəfli və əlamətdar səhifə kimi yazıldığını qeyd etdi.
Ulu öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, o cümlədən Azərbaycanın gündən-günə daha da gücləndiyi, qüdrətləndiyi şagirdlərin bir daha diqqətinə çatdırıldı.
Azərbaycan tarixinin ən mühüm günlərindən birinə həsr olunmuş tədbirdə iştirak edən şagirdlər isə söylədikləri şeirlər, ifa etdikləri mahnılar ilə vətənə olan sevgilərini nümayiş etdirdilər.