Dövlət Tarix – Memarlıq Qoruğuna ekskursiya
VII – VIII – IX sinif şagirdləri və GÇH rəhbəri Qabil Rəhimov, psixoloq Şəbnəm Əsgərova İçərişəhər Dövlət Tarix – Memarlıq Qoruğunu ekskursiya etdilər.
Qala divarları ilə əhatə olunduğuna görə xalq arasında Qala da adlanır. Bu qədim yaşayış məskəni Azərbaycan xalqının dəyərli mədəni irsidir. Hazırda həm yaşayış məhəlləsi, həmdə tarixi memarlıq kompleksidir. İçəri Şəhər kompleksi Xəzər dənizinin sahillərində, alçaq təpədə salınıb. Yaşayış məskəni hündürlüyü 8-10 metr, eni 3,5 metr olan divarla əhatə olunmuşdur. Sahəsi 22 hektar olan ərazidə yerləşir.