"Mənim ilk robotum" Akademiyasının təşkilatçılığı ilə "Robotiks" təlimlərinə start verildi
15.10.2019-cu il tarixində Sabunçu rayonu C.Məmmədyarov adına 155 nömrəli məktəbdə "Sabahın bünövrəsini birlikdə quraq" layihəsi çərçivəsində I və II sinif şagirdləri üçün məktəbdə yaradılmış "Mənim ilk robotum" Akademiyasının təşkilatçılığı ilə "Robotiks" təlimlərinə start verildi. Dəqiqlik, problem həll etmə, qərar vermə, komanda ilə işləmək və s. kimi bacarıqları özündə cəmləyən bu təlimdə şagirdlərə lego həllərlə işləməyin ilkin bacarıqları aşılandı.