Gender zorakılığına qarşı mübarizə aylığı çərcivəsində seminar keçirildi

Məktəbin 9c sinif şagirdi Xanlarova Günəş Kamal qızı “Gender zorakılığına qarşı mübarizə”  aylığı çərcivəsində  seminar keçirdi.

Seminarda məktəbin direktoru Ruhiyyə İbrahimova, direktor müavini Rəfiqə Hacıyeva, psixoloq Şəbnəm Ələsgərova və müxtəlif fənn müəllimləri iştirak edirdilər.

Gender bərabərsizliyi problemi məişətdə həmişə həll oluna bilmir. Bəzən hökumət qadınlara ictimai sahədə müstəqil fəaliyyət göstərən şəxsiyyətlər kimi deyil, ailə kontekstində, ana qismində baxmağa meylli olur.

Qadınlar haqqında bu stereotip təsəvvürlər çox vaxt hüquqi və faktiki bərabərlik arasındakı uyğunsuzluğun əsasında durur. Qadın hüquqlarının pozulması davam edir, bəzi hallarda hətta güclənir. Ümumiyyətlə, demək olar ki, ailədə qadın zorakılığa tək ailənin asılı üzvü kimi deyil, həm də real olaraq cəmiyyətin hüquqsuz üzvü kimi məruz qalır və nə qədər ki, cəmiyyət ailə zorakılığını hər bir ailənin şəxsi işi kimi qəbul edəcək, qadının öz ləyaqətini, sağlamlığını qorumaq hüququ olmayacaq, qadın və onun uşaqları hər bir an zorakılıq təhlükəsi ilə təkbətək qala bilərlər. Ailə isə cəmiyyətin kriminal özəyi olaraq qalacaq. Ailədə və cəmiyyətdə qadınlara qarşı olunan və zorakılıq hallarının xüsusi tədqiqata və bu halların gender xasiyyəti daşıması haqqında maariflənməyə böyük ehtiyac var. Təcavüzkarlıq kişilərin tək təbii hormonal xüsusiyyətlərindən deyil, həm də hüquq –mühafizə orqanları tərəfindən onların cəzalanmaması və cəmiyyət tərəfindən belə halları susqunluqla qəbul edilməsindən birbaşa asılıdır. Qadınlara qarşı zorakılıq hallarının bütün növləri ayrı – seçkiliyin ən kobud təzahürü kimi qəbul edilməlidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi