MÜƏLLİMLƏRİMİZİN UĞURU
Gənc mütəxəsislərin kurikulum əsasında hazırlanmış “Coğrafiya” vəsaiti nəşr olunub.
155 saylı tam orta məktəbin coğrafiya müəllimi və eyni zamanda TN-da dərsliklərin qiymətləndirmə şürasının eksperti Afiq İsmayılovun həmmüəllifliyi ilə yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış, orta məktəb şagirdləri, abituriyentlər və müəllimlər üçün tədris vəsaiti olan “Coğrafiya” vəsaiti və "Coğrafiya test toplusu" nəşr olunub. Tədris vəsaitləri Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş ümumtəhsil məktəbləri üçün coğrafiya fənni üzrə yeni təhsil proqramı ( kurikulum) və dərsliklər əsasında tərtib edilib. Vəsaitlər DİM və MİQ proqramını tam əhatə edir.