“Əlvida ilk müəllimim” adlı tədbir keçirildi

İbtidai sinif müəllimi Sevil Şükürova 4c sinfində ibtidai təhsili başa vuran şagirdlərin “Əlvida ilk müəllimim” adlı tədbir keçirdi.
Tədbirdə məktəbin direktoru Ruhiyyə İbrahimova,direktor müavini Rəfiqə Hacıyeva, psixoloq Nigar Rüstəmzadə iştirak edirdilər.
4 il bundan əvvəl müəllim Sevil Şükürova bu şagirdləri birinci sinifə qəbul edərək onlara qələm tutmağı, hərfləri yazmağı öyrətdi. Bu gün isə artıq bu fidanlar ibtidai bilikləri mənimsəyərək orta təhsilə başlayırlar.