“Valideynin məktəbdə bir günü” layihəsinin ikinci mərhələsi keçirildi
“Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6 – cı bəndini rəhbər tutaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Valideynin məktəbdə bir günü” layihəsinin həyata keçirilməsi ilə əlaqədar 28 yanvar 2019 – cu il tarixli F – 66 nömrəli əmri imzalanmışdır.
Layihənin ilk mərhələsinin icrasını təmin etmək məqsədilə 22.02.2019 – cu il tarixində valideynlərlə görüş keçirilmişdir.
“Valideynin məktəbdə bir günü” layihəsinin ikinci mərhələsini 27.05.2019 – cu il tarixində keçirildi.
Layihə çərçivəsində valideynlərə övladlarının təhsil aldığı müəssisədə şagirdlərin əl işlərindən ibarət sərgi ilə yaxından tanışlıq imkanı yaradıldı.
I – II növbə üçün məktəbin direktoru Ruhiyyə İbrahimova ”Sosial şəbəkələrin mənfi təsiri” haqqında, direktor müavini Vəfa Məmmədova VII – VIII siniflərdə aprel ayında keçirilən monitorinqin təhlili haqqında, psixoloq Nigar Rüstəmzadə “Suisid” mövzusunda valideynlər üçün maarifləndirici seminarlar keçdilər. Seminarda suisidentin qoruyucu və risk faktorlarından, onun profilaktikasından danışıldı.
Sonda təlim – tədris mühitinin təkmilləşdirilməsi istiqamətində valideynlərin rəy təklif və tövsiyələri dinlənildi.