“Qızıl rəf” mövzusunda “Dəyirmi masa” keçirildi

Respublika Elmi Pedaqoji Kitabxanası və Bakı Şəhər Təhsil İdarəsinin birgə əməkdaşlığı çərçivəsində ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin formalaşdırılmasına dair keçirilən layihələrdən biri olan “Qızıl rəf” layihəsidir.

“Qızıl rəf” mövzusunda “Dəyirmi masa”nı məktəbin kitabxanaçıları Cəfərova Kifayət və Həsənova Kifayət  IV – V – VI –VII – VIII sinif şagirdlərinin iştirakı ilə keçirdi.

“Dəyirmi masa” da məktəbin direktoru Ruhiyyə İbrahimova, direktor müavinləri Rəfiqə Hacıyeva,Vəfa Məmmədova,ingilis dili müəllimi Nərmin Hüseynova, dil ədəbiyyat müəllimi Kəmalə Hüseynova, riyaziyyat müəllimi Qənirə Məmmədova iştirak edirdilər.

Şagirdlərə “Kitab oxumağın xeyri nədir?” sualı verildi. Şagirdlər oxuduqları kitablar haqqında fikir söylədilər.

Sonda şagirdlər belə nəticə çıxardılar ki, kitab insanın ən yaxın dostudur. Heç kimdən ala bilmədiyi məlumatları, insanlarla münasibət qurmağı, ədəb – ərkan qaydalarını öyrənir, pis vərdişlərdən əl çəkməyə çalışır və özünü təkiminləşdirir.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi