Azərbaycanın beynəlxalq aləmdə nufuzunun getdikcə artması və ölkəmizin regionda lider dövlətə çevrilməsi
8c sinfində tarix müəllimi Könül Mirzəyeva Azərbaycanın beynəlxalq aləmdə nufuzunun getdikcə artması və ölkəmizin regionda lider dövlətə çevrilməsi haqqında seminar keçdi.
Azərbaycan Cənubi Qafqaz regionunda böyük nüfuz sahibinə çevirən qlobal enerji və kommunikasiya layihələrinin həyata keçirilməsi, ölkədə bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların qeyri – neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması dövlət başçısı İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin istiqamətləri kimi diqqət cəlb edir.