Tarix fənni üzrə açıq dərs keçirildi
6b sinfində Aynurə Musayeva tarix fənni üzrə Atropatena Sasanilər imperiyası tərkibində mövzusunda açıq dərs keçdi.
Açıq dərsdə məktəbin direktoru Ruhiyyə İbrahimova, direktor müavinləri Vəfa Məmmədova, Rəfiqə Hacıyeva və tarix müəllimləri Elza İmanova, Könül Mirzəyeva iştirak edirdi.
Şagirdlər Atropatena Sasanilər imperiyası tərkibinə qatıldıqdan sonra feodal münasibətlərin neçə inkişaf etdiyini araşdırdılar. Atropotena dövlətinin daxili siyasətini, sosial təbəqələri, zərdüştlük dininin yayılma səbəblərini izah etdilər. Zaman oxunda riyazi hesablamalar apardılar.