8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür
8a və 8c sinif şagirdlərinin iştirakı ilə tarix müəllimi Elza İmanovanın təşkilatçılığı ilə Şuşanın işğalının 27 – ci ildönümünə həsr olunmuş dərs təşkil edildi.
Azərbaycan 1991 – ci il 18 oktyabrda müstəqilliyini əldə etdi. Ancaq müstəqilliyimizi əldə etsək də torpaqlarımızda müharibə gedirdi. 1988 – ci ildə ermənilər Dağlıq Qarabağ münaqişəsini başlatdılar. Azərbaycan yenicə müstəqilləşmişdi. Torpaqlarımızı könüllü dəstələr müdafiyə edirdi. Ermənilər isə Rusiyanın köməkliyi ilə torpaqlarımızı ələ keçirdilər. 1992 – ci il fevralın 25 – dən 26 – na keçən gecə tarixdə milli bərabəri olmayan vəhşiliklə Xocalıda qətliyan törətdilər. Bununla kifayətlənməyən ermənilər işğallarını davam etdirdilər.
8may 1992 – ci ildə ermənilər Azərbaycanın dilbər güçəsi olan Qarabağın mərkəzi Şuşa şəhərini işğal etdilər.