Mən fəxr edirəm ki, Azərbaycanlıyam adlı tədbir keçirildi
1b və 8c sinif şagirdlərinin iştirakı ilə Ümummilli liderimiz Heydər Əliyevin 96 illik yubileyi adlı tədbir keçirildi.
Tədbirdə məktəbin direktoru Ruhiyyə İbrahimova, direktor müavinləri Rəfiqə Hacıyeva, Vəfa Məmmədova, kitabxanaçılar Kifayət Həsənova, Kifayət Cəfərova iştirak edirdilər.
Heydər Əliyev Müstəqil Azərbaycanımızın Memarıdır. Heydər Əliyev Azərbaycan xalqının əsrlər boyu unuda bilməyəcəyi güclü siyasətci, görkəmli dövlət xadimidir. Heydər Əliyev fenomenal Şəxsiyyət idi . Onun bir kəlamı hər bir Azərbaycanlının yaddaşına Qızıl hərflərlə yazıldı ." Hər bir insan üçün, onun milli mənsubiyyəti onun qürur mənbəyidir! Mən həmişə fəxr etmişəm bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!"