“Gələcəyini qur” adlı gəncliyə dəstək layihəsi

Artıq 6 –cı ildir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və BŞTİ – nin dəstəyi ilə “Gələcəyini qur” adlı gəncliyə dəstək layihəsi həyata keçirilir.

Sevindirici haldır ki, bu il məktəbimiz belə bir təqdirəlayiq layihəyə cəlb edilmişdir. Layihənin məqsədi, universitetlərə hazırlaşmaq imkanı məhdud, lakin oxumaq həvəsi olan, öz gələcəyini bilikli və bacarıqlı gənclərin ali məktəblərə qəbul olmalarına dəstək göstərməkdir. Eyni zamanda müxtəlif imkan və fürsətlərdən yararlanmalarına şərait yaratmaqla onların həyatda uğur əldə etmələrinə yardımçı olmaq və bununla Azərbaycan cəmiyyətinə yüksək intellektli, milli –mənəvi dəyərlərə malik sağlam düşüncəli gənclər qazandırmaqdır.

 Layihə çərçivəsində 03 may 2019 – cu il tarixində layihənin təşkilat komandası tərəfindən məktəbdə X siniflərlə təqdimat görüşü keçirildi. Görüş zamanı layihə haqqında, onun seçim müddəti, mərhələləri, meyarları, üstünlükləri, haqqında ətraflı məlumat verildi.

Böyük maraqla keçən görüşdə sözügedən layihədən bəhrələnəcək şagirdlərimizin dəstəyinə biz də məktəb rəhbərliyi olaraq qoşulur və şagirdlərimizə uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi