Mülki Müdafiə günü keçirildi
29 aprel tarixində məktəbdə 2c, 5b siniflərində "Tədbirlər planı"na əsasən Mülki Müdfiə günü keçirilmişdir.
Bakı regional mərkəzi Sabunçu rayon üzrə FH və Mülki Müdafiə şöbəsinin nümayəndəsi Müşfiq Əbdülov və direktor müavini Vəfa Məmmədova iştirak etdi.
Dərsdə fövqəladə hallar zamanı xilasetmə işləri, yanğınsöndürmə, ilk tibbi yardımın göstərilməsi praktiki olaraq nümayiş etdirilmişdir.
Dərsin keçirilməsində əsas məqsəd şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarına yönəltmək, baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmanı öyrətməkdir.