Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən monitorinq keçirildi
IX sinif şagirdlərinin buraxılış imtahanlarına hazırlıq səviyyəsinin yoxlanılması məqəsdilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil olunmuş növbəti sınaq imtahan keçirildi.
Direktor müavini Vəfa Məmmədova keçirilən monitorinqdə qeyri – ixtisas fənn müəllimlərindən ibarət nəzarətçi müəllimlər təşkil etmişdi.
İmtahan zamanı şagirdlərə buraxılış imtahanı fənləri olan Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənlərinin hər birindən otuz (30) sual olmaqla ümumilikdə 90 qapalı test tapşırıqları təqdim edilib.
BŞTİ tərəfindən keçirilən sınaq qiymətləndirmə təlim nəticələri zəif olan şagirdlərin aşkar olunmasında və onlarla sistemli işin təşkilində mühüm əhəmiyyət kəsb edir.