Açıq dərs keçirildi
7d sinfində Çinarə Tağıyeva azərbaycan dili fənni üzrə əsas və köməkçi nitq hissələrinin omonimliyi mövzusunda açıq dərs keçdi.
Açıq dərsdə məktəbin direktoru Ruhiyyə İbrahimova, direktor müavinləri Rəfiqə Hacıyeva, Vəfa Məmmədova, fənn müəllimləri Dursun Qasımova, Kəmalə Hüseynova iştirak edirdi.
Təqdimat sualı “Köməkçi nitq hissələri hansı xüsusiyyətlərinə görə əsas nitq hissələrindən fərqlənir?” idi.
Şagirdlər qruplara bölündülər, mövzu ətrafında verilən iş vərəqlərindəki suallar əsasında təqdimat hazırladılar, qrup işində karusel iş üsulundan istifadə olundu, sonra qrup işlərini təqdim etdilər. Qruplar bir birinin işlərini müzakirə etdilər. Venn diaqramı ilə öz nəticələrini yazdılar. Yaradıcı tətbiqetmədə isə krosvord və kontenyerdən istifadə olundu, uşaqlar tədqiqat əsasında mənimsədikləri bilikləri yaradıcı tətbiqetmə ilə möhkəmləndirdilər.
İnteqrasiya :Fənlər arası leksika, morfologiya, fəndaxili isə ədəbiyyatdan istifadə olundu.