Molla Pənah Vaqifin həyat və yaradıcılığı haqqında tədbir keçirildi
Təhsil Naziri Ceyhun Bayramov “Oxu günü” tədbirinin keçirilməsi haqqında əmr imzalanıb. Əmrə əsasən, hər il aprelin 23 – də Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə respublikanın rayon və şəhərlərində ümumi təhsil müəssisələrinin iştirakı təmin olunmaqla kütləvi “Oxu günü” tədbiri keçirilsin.
Buna əsasən dil ədəbiyyat müəllimi Şəhla Bağırova VIIIb sinfində Molla Pənah Vaqifin həyat və yaradıcılığı haqqında tədbir keçirdi.
Tədbirdə direktor müavini Rəfiqə Hacıyeva və kitabxana müdiri Kifayət Cəfərova iştirak edirdi.
Vaqif yaradıcılığının çoxşaxəli və janr cəhətdən müxtəlifliyi xüsusi qeyd edildi. Vaqif ədəbi məktəbinin Azərbaycan ədəbiyyatına təsiri, ədəbiyyatımızı xəlqiləşdirməsi, demokratikləşdirilməsi tədbirdə qeyd edildi.Vaqif ədəbiyyatımızı dil baxımından da sadələşdirdi və milli ruhda, milli dildə şeirin yaranmasının əsasını qoydu. Xalq şeir janrında yazmaqla sonrakı şairlərə yeni yol açdı.