Fiziki tərbiyə fənni üzrə açıq dərs keçirildi

5b sinfində Mehman Səfərli fiziki tərbiyə fənni üzrə açıq dərs keçdi. Mövzu çeviklik qabiliyyəti. Texniki fəaliyyət bacarıqlarına yiyələnmə. Koordinasiyanın inkişaf etdirilməsi.

Dərsdə məktəbin direktoru Ruhiyyə İbrahimova, direktor müavinləri Vəfa Məmmədova, Rəfiqə Hacıyeva və digər fənn müəllimləri iştirak edirdi.
Dərsin məqsədi istifadə olunacaq hərəkətləri, təhlükəsizlik texnikası qaydalarını, basketbol oyununun yaranma qaydalarını şagirdlərə mənimsətmək.

Fiziki yü insan psixomotor fəaliyyətinin formalaşmasında mühüm rol oynayır. Hərəki qabiliyyətlərinin inkişafına yönəlmiş fiziki yükün dərs prosesində tətbiqi qan dövranının intensivləşdirilməsi ilə orqanizmin inkişafını təmin edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi