3c sinif müəllimi Əliyeva Leyla Elburus qızının hazırladığı Xocalı soyqırımının 24 - ci ilinə həsr olunmuş anım mərasimi
Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1 mart 1994-cü ildə bu haqda xüsusi Fərman vermişdir. Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir.25 fevral 1997-ci ildə "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən Fərman verilmişdir. Hər il 26 fevralda ölkə başçısı "Xocalı Soyqırımı" ilə əlaqədar xalqa müraciət edir.Müəllimlər şagirdlərə həmçinin Xocalı soyqırımı və Qarabağın tarixi barədə ətraflı məlumatlar verir və Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə çıxış edən Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunduğunu bir daha xatırladırlar.